Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qətiyyətli və prinsipial siyasətin sayəsində əldə olunan uğur!

1/1

  • Məlum olduğu
    kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsin nazirlərin
    toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Əlbəttə ki, bu ənənə ölkəmizin lahiyədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.
    O cümlədən qurumun VIII toplantısı da
    fevralın 4-də Bakıda, “Gülüstan” sarayında
    keçirildi.

    Dəyəri 33
    milyard ABŞ dolları olan və XXI əsrin ən böyük lahiyələrindən biri  hesab edilən Cənub Qaz Dəhlizi dörd seqmentdən
    “Şahdəniz Mərhələ -II”, Cənub  Qafqaz
    Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Avropanının enerji
    təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin xüsusi rolu var.

           
    Prezident İlham Əliyevin uzun illər
    ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji  idarəçiliyi
    sayəsində əldə olunub. Bir məqamı da  xüsusilə qeyd etmək lazımdır ki,
    Prezident  İlham Əliyevin təşəbbüsü ilə
    yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin  toplantısına hər dəfə Azərbaycan ev sahibliyi
    edir və bu da ölkəmizin lahiyədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.

             Daha
    bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın enerji siyasəti
    həmişə açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı
    dəstəyə gətirib çıxarıb. Hazırda ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan
    alır bu göstərici getdikcə artmaqda
    davam edir.

            Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət
    Şurasının çərçivəsində nazirlərin 8-ci
    toplantısında Avropa İttifaqının komissarlarının, ABŞ, Böyük  Biritaniya, Türkiyə, Gürcüstan, İtaliya,
    Yunanıstan, Bolqarıstan, Albaniya, Ruminiya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın
    yüksək səviyyəli nümayəndələrinin iştirakı, həmçinin  dünyanın bir sıra aparıcı şirkətlərinin və maliyyə
    qurumlarının qatılması lahiyəyə durmadan
    artan marağı və onun genişlənməkdə olan miqiyasını göstərir. Dövlətimizin başçısı İlham Əliyev də çıxışında bu məsələyə xüsusi diqqət yetirdi. “Ölkəmiz ixrac prosesinə başladığı
    vaxtdan bu günə kimi təhcizatda heç bir ləngimə
    baş verməyib, müqavilə şərtləri pozulmayıb, Azərbaycan öz  öhdəliklərinə sadiq qalaraq üzərinə düşəni ləyaqətlə
    yerinə yetirib”.

             Bu da ölkəmizin valyuta ehtiyatlarının,
    büdcə gəlirlərinin artması, iqtisadi imkanlarının daha da genişlənməsi deməkdir.

    Rahilə Əliyeva,  


    Xocalı rayon Qaragav kənd sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib46 dəfə
    Qətiyyətli prinsipial siyasətin sayəsində əldə olunan uğur!

    Maraqlı gələ bilər
    138
    0